Yəhudi məskənlərinin tikintisi dayandırılmayacaq
01 İyun 2009 Bazar Ertəsi 23:15
İsrailin baş naziri ABŞ-ın müvafiq təklifinin əsassız olduğunu bildirib

 

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın tələbinə rəğmən yəhudi məskənlərinin tikintisinin dayandırılmayacağını bəyan edib. ANS PRESS-in Associated Press-ə istinadən yaydığı xəbərə görə, Netanyahu amerikalıların irəli sürdüyü tələbin əsassız olduğunu vurğulayıb.

Xəbərdə həmçinin bildirilir ki, müvafiq ərazilərdə məskən salan yəhudilər fələstinlilərə hücum etməkdə və İordan çayının Qərb sahilindəki əkin yerləri yandırmaqda davam edirdər.

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar