Ukraynada mədəndə uçqun baş verib
05 May 2009 Çərşənbə Axşamı 09:20
Uçqun baş verən zaman mədəndə 14 nəfər olsa da, onlardan yalnız 5-i xilas ola bilib

Ukraynada mədənlərdən birində uçqun baş verib.  Donetsk vilayətində yerləşən Novodzerjinski mədənində  baş verən hadisə nəticəsində 9 şaxtaçı itkin düşüb.  Bu barədə məlumatı "İnterfaks" agentliyi yayıb. Hadisə ötən gün saat 15-radələrində 585 metr dərinlikdə qeydə alınıb. Uçqun baş verən zaman mədəndə 14 nəfər olsa da, onlardan yalnız 5-i xilas ola bilib. Ümumilikdə isə adıçəkilən mədəndə 118 şaxtaçı işləyib.
Hazırda itkin düşmüş şaxtaçıların axtarışları davam edir. Mədəndə işlər dayandırılıb. Hadisənin səbəbləri araşdırılır.
Xatırladaq ki, bu, 2009-cu ildə Donetsk mədənlərində baş verən ikinci uçqun hadisəsidir.  Yanvar ayında "Rusiya" mədənində  baş vermiş yanğın nəticəsində 14 şaxtaçı xəsarət almışdı. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar