Ukraynada bankda partlayış baş verib
02 İyun 2009 Çərşənbə Axşamı 15:55
Hadisə nəticəsində 22 nəfər yaralanıb

Ukraynadakı banklardan birində partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər yaralanıb.  Fövqədalə Hallar Nazirliyinin sözçüsü  İqor Krol bildirib ki, partlayış bu gün səhər saatlarında Melitopol şəhərindəki bank şöbələrindən birində qeydə alınıb. Xəstəxanaya yerləşdirilən yaralılardan ikisi -1,5 və 7 yaşlı uşaqlardır. Yaralılardan 5-nin vəziyyəti ağırdır.
Hələlik partlayışın səbəbləri bilinmir. Partlayış nəticəsində bankın yaxınlığında olan avtomobillərə də ziyan dəyib./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar