Ukrayna rus desantlar tutulub
26 Avqust 2014 Çərşənbə Axşamı 11:15
Ukraynanın şərqində Rusiya hərbçilərindən ibarət qrup zərərsizləşdirilib.
Ukraynanın şərqində Rusiya hərbçilərindən ibarət qrup zərərsizləşdirilib.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilir ki, avqustun 24-də Donetsk vilayətində, Rusiya sərhədindən təxminən 20 kilometr aralıda yerləşən Zerkalnoe qəsəbəsində Rusiya Hava Desant qoşunlarının 90-ci diviziyasının 10 hərbi qulluqçusu ələ keçirilib.

Sorğu-sual nəticəsində məlum olub ki, bir həftə əvvəl 350-400 nəfərdən ibarət qrup, 30-a yaxın hərbi maşın, 18 artilleriya qurğusu eşalonla Ukrayna sərhədində yerləşən Rostov na Donu vilayətinə göndərilib.

Nazirliyin açıqlamasında bildirilir ki, saxlanılan Rusiya hərbçilərinin üzərində hansı ölkəyə məxsus olduğunu bildirən işarə olmayıb.

Fotoları sizə təqdim edirik

















DOSTLARINLA PAYLAŞ:

oyunlar