Türkiyədə şirniyyat mağazası partlayıb
15 May 2009 Cümə 12:00
Türkiyədə şirniyyat mağazası partlayıb. Partlayış nəticəsində 10 nəfər yaralanıb.

Türkiyənin Əskişəhər rayonunda şirniyyat dükanı partlayıb. Hadisə bu gün səhər saatlarında  üçmərtəbəli binanın birinci mərtəbəsində qeydə alınıb. CNN Türk-ün məlumatına görə, partlayış nəticəsində 2-si polis olmaqla 10 nəfər yaralanıb. Partlayışdan sonra yaranan yanğın qısa vaxt ərzində  yaxınlıqdakı binalara da keçib. Yaranmış qatı dumanla əlaqədar evlərini tərk edə bilməyən bina sakinlərini yanğınsöndürənlər xilas ediblər. Yanğının qarşısını almaq mümkün olub. Hələlik hadisənin səbəbləri bilinmir. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar