Türkiyədə bomba partlayıb
07 Mart 2009 Şənbə 13:50
Partlayış Trabzonda pivə kafelərindən birində baş verib

 

Trabzonda meydana gələn partlayışda 9 nəfər yaralanıb. Yaralılar dərhal  xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Trabzon valisi  Nuri  Okutan  partlayışın  ərazidəki pivə  kafelərindən birinə yerləşdirilmiş  bombanın partlamsı nəticəsində baş verdiyini deyib . Lakin Vali  Okutan hadisənin terrorla əlaqəsi ehtimalının az  olduğunu deyərək  partlayışla bağlı  tədqiqatın getdiyini bildirib./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar