Türkiyə Təl-Əvivə uçuşları ləğv etdi
08 Avqust 2014 Cümə 07:46
Türk Hava Yolları (THY) aviaşirkəti İstanbuldan İsrailin paytaxtı Təl-Əvivə planlaşdırdığı bəzi reysləri ləğv edib.
Türk Hava Yolları (THY) aviaşirkəti İstanbuldan İsrailin paytaxtı Təl-Əvivə planlaşdırdığı bəzi reysləri ləğv edib. ANS PRESS-in xəbərinə görə, bu barədə məlumat THY-nin rəsmi internet saytında yayılıb.

“Təl-Əvivə səyahət edənlərin diqqətinə” başlıqlı xəbərdarlıqda uçuşların hərbi əməliyyatlar səbəbindən dayandırıldığı bildirilib.

“İsraildəki hərbi əməliyyatlar səbəbindən 18 avqust – 25 oktyabr arasında planlaşdırılan Təl-Əviv reyslərinin bəzisi ləğv olunub”.

Beləcə THY-nin 18 avqust 25 oktyabr tarixləri arasında gündəlik planlaşdırılan Təl-Əvivdən İstanbula 2 və İstanbuldan Təl-Əvivə 2 reysi dayandırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar