Türkiyə 36 milyard dollar gəlir əldə edəcək
10 İyul 2014 Cümə Axşamı 03:27
Türkiyənin bu il turizmdən 36 milyard dollar gəlir əldə edəcəyi proqnozlaşdırılır.
Ötən il Türkiyəyə 39 milyondan çox xarici turist gəlib.

ANS PRESS-in məlumatına görə, Türkiyə Turizm Şirkətləri Birliyinin (TÜRSAB) hesablamalarına görə, 2014-cü ildə ölkəyə gələnlərin sayı 43 milyon nəfəri ötəcək.

Ölkə daxilində səyahətə çıxanların sayı isə təxminən 14 milyon nəfər olacaq.

Onlardan təxminən 5 milyonu istirahətlərini otel və pansionatlarda keçirmək niyyətindədirlər.

Bu göstəricilər nəzərə alınaraq Türkiyənin bu il turizm sahəsindən 36 milyard dollar gəlir əldə edəcəyi proqnozlaşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar