“TRT Türk” kanalı yayıma başlayıb
09 May 2009 Şənbə 01:55
Telekanalın açılışında çıxış edən baş nazir, “TRT Türk”ün regionda lider ölkə olan Türkiyənin səsini bütün dünyaya çatdıracağını deyib

Türkiyənin “TRT Türk” telekanalı “Dünyanı türkcə izləyin” şüarı ilə 24 saatlıq xəbər yayımına başlayıb. Yeni kanalın açılışında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Telekanalın açılışında çıxış edən baş nazir, “TRT Türk”ün regionda lider ölkə olan Türkiyənin səsini bütün dünyaya çatdıracağını deyib. Daha sonra “TRT Türk” kanalında birbaşa efirə çıxan Ərdoğan telekanalın müxtəlif ölkələrdəki müxbirləri ilə telefon əlaqəsi yaradıb və onlara suallar verib. Moskva ilə telefon əlaqəsində bu ölkəni “Eurovision-2009” mahnı müsabiqəsində təmsil edən Hadisə ilə danışan Tayyib Ərdoğan ondan sadəcə qələbə gözlədiklərini deyib. Xəbər mənbəyi “TRT Türk”ün “BBC-World”, “CNN International”, “Al-Jazeera” kimi telekanalllara rəqib olacağını bildirib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar