Tiflisdə NATO təlimləri başa çatır
01 İyun 2009 Bazar Ertəsi 14:05
Təlim iştirakçıları Gürcüstanı iyunun 11 –də tərk edəcəklər

İyunun 3-ü Tiflisin şəhərətrafı Vaziani qəsəbəsində “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində həyata keçirilən  NATO təlimləri başa çatır. Bu barədə "Gruzia Online" məlumat verib.

NATO təlimləri mayın 6-sı başlayıb və iki mərhələ  keçib. Birinci mərhələdə NATO prosedurları və briqada səviyyəsində böhran vəziyyətinin idarə olunmasının öyrənilməsi nəzərdə idi. Bu mərhələdə 200 hərbçi iştirak edib. İkinci mərhələdə isə çoxmillətli qüvvələrin sülhməramlı əməliyyatlara hazırlanması nəzərdə tutullmuşdu. Bu təlimdə təxminən min hərbçi iştirak edib.

Təlim iştirakçıları Gürcüstanı iyunun 11 –də tərk edəcəklər. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar