Təyyarə yoxa çıxdı
24 İyul 2014 Cümə Axşamı 14:40
Əlcəzair Hava Yollarına məxsus sərnişin təyyarəsi qəfildən yoxa çıxıb.
ANS PRESS-in məlumatına görə, Qərbi Afrika dövləti olan Brukina-Fasonun paytaxtı Uaqaduqudan havaya qalxan təyyarə bir müddətdən sonra radarlardan itib.

Təyyarə ilə əlaqə saxlamaq mümkün deyil. Təyyarənin göyərtəsində nə qədər sərnişinin olduğu hələ ki, dəqiq bilinmir.

Uaqaduqudan Əlcəzairə uçan təyyarənin havaya qalxandan 50 dəqiqə sonra radarlardan itdiyi bildirilir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar