Təyyarə qırıcıların müşayiətilə endirildi
05 Avqust 2014 Çərşənbə Axşamı 18:40
"Qətər hava yolları"na məxsus Airbus A330 təyyarəsinə bomba qoyulub.
"Qətər hava yolları"na məxsus Airbus A330 təyyarəsi Britaniyanın kral Hərbi Hava Qüvvələrinin qırıcılarının müşayiəti ilə Mançesterin aeroportuna enib.

ANS PRESS-in məlumatına görə, hərbi aviasiyanın müdaxiləsi "pilot tərəfindən təyyarədə partlayıcı qurğu olduğu barədə informasiyaya” görə lazım olub.

"Biz bilmirik, təhlükə nə qədər ciddidir, ancaq vəziyyətə tam ciddiliklə yanaşmaq lazımdır", - deyə aeroport rəsmisi Con O'Xara bildirib.

Onun sözlərinə görə, aeroportda və uçuş meydanında polis və başqa xidmətlərin nümayəndələri iş aparırlar.

Məlumdur ki, Mançesterə gələcək reyslərdən biri başqa aeroporta yönləndirilib.

Hazırda təyyarənin içində ciddi yoxlamalar gedir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar