Tbilisi Open Air - Alter/Vision
18 May 2009 Bazar Ertəsi 15:05
Bunu, Tbilisi Open Air-Alter/Vision beynəlxalq musiqi festivalında iştirak edən M.Saakaşvili söyləyib

 

Gürcüstan prezidenti Mixail Saakaşvili Tbilisi Open Air-Alter/Vision beynəlxalq musiqi festivalını “Böyük Avropa həmrəyliyinin ifadəsi” adlandırıb. “Qruziya Online” saytının məlumatına görə, M. Saakaşvili festivalın son konsertində iştirak edərkən belə deyib.

“Bütün Avropa mətbuatı burdadır, avqust müharibəsindən sonra Gürsüstan bu qədər çoxsaylı mətbuat nümayəndəsi görməmişdi. Dünya onların köməyi ilə müharibəyə baxmayaraq Gürcüstanın və gürcü gənclərinin sınmadığını görəcək. Onlar azadlıq və demokratiya istəyən gəncləri olan ölkə görəcəklər" ,deyə Saakaşvili əlavə edib.

Müəllifi və təşkilatçısı “Step Records” səsyazma studiyası olan festival mayın 15-də açılıb və burda 24 müxtəlif janrlı musiqiçilər iştirak edib. Festivalın devizi isə belə olub: “Musiqi azad edir”. Gürcü qrupları ilə yanaşı burda 8 ölkənin nümayəndələri iştirak edib. İştirakçılar əsasən caz, rok, blüz kimi janrlarda mahnılar ifa ediblər. Verilən məlumata görə, festival ənənəvidir və hər il keçiriləcək.

Xatırladaq ki, Gürcüstan Moskvada keçirilən "Avroviziya-2009" mahnı müsabiqəsində iştirak etməkdən imtina edərək özü bu müsabiqəyə alternativ festival təşkil edəcəyini bəyan etmişdi. Buna səbəb isə "Avroviziya" müsabiqəsinin təşkilat komitəsinin Gürcüstanın təqdim etdiyi mahnının mətninə dəyişikliklər edilməsini tələb etmişdi. Belə ki, mahnıda Rusiya baş naziri Vladimir Putinə eyhamların olduğu bildirilirdi. Qeyd edək ki, mahnı "We don`t wanna Put in" adlanırdı. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar