“Taliban” döyüşçüləri beynəlxalq qoşunların 8 üzvünü qətlə yetirib
02 May 2009 Şənbə 04:50
Ölənlərdən üçü Amerika, üçü Əfqanıstan, ikisi isə Latviya hərçiləridir

Əfqanıstanın Kunar əyalətində “Taliban” dyüşçülərinin hücumu nəticəsində üç Amerika, üç Əfqanıtsan və iki Latviya hərbçisi həlak olub. ABŞ komandanlığının məlumatına görə, silahlılar beynəlxalq qüvvələrin postunu atəşə tutub və hərbi sursat anbarını partladıb.
Bu hadisə uzun aylardan bəri beynəlxalq qoşunların Əfqanstanda silahlıların bir hücumu nəticəsində verdiyi ən böyük itkidir. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar