Seyran Ohanyan girovlardan danışdı
06 Avqust 2014 Çərşənbə 14:58
Seyran Ohanyan Kəlbəcərdə girov götürülüən Dilqəm Əsgərov, Şahbaz Quliyev və öldüyü iddia edilən Həsən Həsənovdan danışıb.
Ermənistanın müdafiə naziri Seyran Ohanyan Kəlbəcərdə yaxınlarının məzarını ziyarət edərkən girov götürülüən Dilqəm Əsgərov, Şahbaz Quliyev və öldüyü iddia edilən Həsən Həsənovdan danışıb.

ANS PRESS-in məlumatına görə, nazir bildirib ki, girov götürülənlər beynəlxalq və “Dağlıq Qarabağ respublikası”nın “qanunvericiliyi”nə əsasən cəzalandırılacaqlar.

“Onlara girov demək olmaz. Çünki onlar cinayətkardırlar. Ona görə də onlar cəzalandırılmalıdırlar”, deyə Ohanyan bildirib.

Qeyd edək ki, Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov iyulun əvəllərində Kəlbəcərə gediblər. Ermənilər saxlanılan şəxsləri diversant kimi təqdim edir. Onlar Həsən Həsənovun öldürüldüyünü və Qarabağda dəfn edildiyini iddia edir. Lakin bununla bağlı ortaya heç bir fakt qoymur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar