Saakaşviliyə sui-qəsdin qarşısı alınıb
05 May 2009 Çərşənbə Axşamı 17:30
Saakaşviliyə sui-qəsdin qarşısı alınıb. Bu barədə Gürücstanın Daxili İşlər nazirliyi məlumat verib

Gürcüstan Daxili İşlər Nazirliyi bəyan edib ki, hərbi qiyamçılar prezident Mixail Saakaşviliyə qarşı sui-qəsd planlaşdırıblar. Bu barədə Lenta.ru məlumat verib. Mixail Saakaşvili özü artıq ölkədə vəziyyətin nəzarət altına alındığını vurğulayıb və bütün hərbi hissələrdə fövqəladə vəziyyət elan olunub.

Gürcüstan hüquq – mühafizə orqanlarının verdiyi məlumata görə, ölkədə çevriliş etmək üçün Rusiyadan pul alan bir neçə general qiyamda ittiham edilərək həbs olunub.”İnterfaks” agentliyi saxlanılanalrdan birinin adını açıqlayıb. Bu, milli qvardiyanın keçmiş komandiri Koba Konbaldzedir.

Hazırda Gürcüstan Müdafiə Nazirliyi Muxrovani hərbi bazasında qiyam qaldıran hərbçilərlə danışıqlar aparır. Muxrovani hərbi bazasının rəhbəri isə bəyan edib ki, ölkənin parçalanmasına sakit baxa bilməzlər, amma Gürcüstandakı siyasi qarşıdurmaya qarışmağı planlaşdırmırlar. /ANSPRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar