Rusiyanın üç hərbçisi qətlə yetirilib
22 Aprel 2009 Çərşənbə 15:35
Bu, aprelin 16-da Çeçenistanda antiterror əməliyyatlar rejimi ləğv olunmasından sonra ilk belə hadisədir

 

Çeçenistanda avtomobillərdən birinə naməlum şəxslər tərəfindən açılmış atəş nəticəsində Rusiya Müdafiə Nazirliyinin müqavilə üzrə cəlb edilmiş üç hərbçisi həlak olub. Bu barədə "İnterfaks" agentliyi Şimali Qafqazda birləşmiş hərbi qruplaşma qərargahına istinadən məlumat yayıb. Su daşıyan avtomobil əsgərlərlə birgə Bamut kəndi ətrafında atəşə tutulub. Qərargahın nümayəndəsi bildirib ki, ölənlərin üzərindən silahlar oğurlanıb. Atəş səslərini eşidən  hərbi manevr qrupu hadisə yerinə  gəlsə də, silahlılar qaçmağa müvəffəq olublar.

Qeyd edək ki, bu, aprelin 16-da Çeçenistanda antiterror əməliyyatlar rejimi ləğv olunmasından sonra ilk belə hadisədir.  Onu da xüsusi vurğulayaq ki, rejimin ləğvindən sonra silahlıların fəallaşması 2 gün əvvəl operativ qərargah  komandanlığının 2 rayonda - İtum-Kalinsk  və Vedenskdə antiterror əməliyyatlar rejimini yenidən tətbiq etməyə dair qərarına səbəb olub. Çeçenistan prezidenti Ramzan Kadırov isə bildirib ki, bütün silahlı qruplaşmalar artıq dağıdılıb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar