Rus tankları Ukrayna Makeyevka qəsəbəsində
02 Avqust 2014 Şənbə 20:43
Ukraynanın Makeyevka qəsəbəsində üzərində Rusiya bayraqları olan tankların videosu yayılıb.
Sosial şəbəkədə Ukraynanın Makeyevka qəsəbəsində üzərində Rusiya bayraqları olan tankların videosu yayılıb.

ANS PRESS-in məlumatına görə, videonu qəsəbənin küçəsi ilə tanklar keçən zaman yerli sakinlər mobil telefonla çəkib.
Daha əvvəl sosial şəbəkədə qəsəbə sakinləri bildiririblər ki, dünən səhər saat 6-da Barvinok uşaq düşərgəsinin yanından qəsəbəyə avia zərbələr endirilib.

Şahidlərin sözlərinə görə, əvvəlcə iki təyyarə uçub, daha sonra iki güclü partlayış olub. Sonradan orada tək-tək atəş səsi eşidilib. Düşərgə yaxınlığında bir neçə sığınacaq aşkar edilib. Düşərgənin özü dağıntilara məruz qalıb.

Versiyalardan birinə görə, Barvinok uşaq düşərgəsində “Donetsk Xalq Respublikası”nın döyüşçüləri özlərinə baza salıb.






DOSTLARINLA PAYLAŞ:

oyunlar