Roma papası Yaxın Şərqə səfər edib
09 May 2009 Şənbə 01:00
Səfərin əsas məqsədi müsəlmanlarla yəhudiləri yaxınlaşdırmaq və bölgədə olan xristianlara dəstək göstərməkdir

Papa 16 Benedikt Yaxın Şərqə 1 həftə davam edəcək səfərinə başlayıb. Səfərin əsas məqsədinin müsəlmanlarla yəhudilərin yaxınlaşdırmaq və bölgədə olan xristianlara dəstək göstərmək olduğu bildirilir. Papanın səfər çərçivəsində ilk öncə İordaniyaya, daha sonra İsrailə və Fələstin torpaqlarına gedəcəyi qeyd olunur. Artıq 4 ildir ki, papalıq vəzifəsini yerinə yetirən 16-cü Benediktin müsəlmanaları heyrətə gətirən ifadələri verməsi də sirr deyil. O böyük İslam peyğəmbəri Məhəmmədin adı ilə (s.a.v.) Bir çox zorakılıqları əlaqələndirib. Bu səbəbdən papanın İordaniyaya səfərinə etiraz edən əksər müsəlmanlar onu səfərdən öncə müsəlmanlar qarşısında üzr istəməsini vacib sayır. Qeyd edək ki, Benedikt papa vəzifəsində ilk dəfə olaraq ərəb dövlətinə İordaniyaya səfər edəcək. Ölkə kralı ikinci Abdullah isə papanın səfərinin sülhə böyük dayaq olacağını düşünür. 3 günlük səfər çərçivəsində o, paytaxt Əmmanın ən böyük məscidlərindən birində müsəlman din xadimləri ilə görüşəcək. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar