Roma papası sentyabrda Çexiyaya səfər edəcək
30 May 2009 Şənbə 19:40
Səfər tarixi XVI Benediktin Vatikanda Vatslav Klausla baş tutan görüşdən sonra bəyan olunub

 

Roma papası XVI Benedikt 26-27 sentyabr tarixlərində Çexiyaya səfər edəcək. ANS-PRESS-in Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, o, Praqa ilə yanaşı Brno və Star-Boleslav şəhərlərini ziyarət edəcək.

Səfər tarixi Vatikanda pontifikin Çexiya prezidenti Vatslav Klausla baş tutan görüşdən sonra bəyan olunub.

XVI Benedikt Çexiyada Mərkəzi Avropa dövlətlərindən on minlərlə dindarın qatılacağı bir neçə ibadətə rəhbərlik edəcək./ANS-PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar