Qvatemalada təyyarə qəzası
15 May 2009 Cümə 11:40
Qvatemalada təyyarə qəzası olub. Kiçik həcmli təyyarə hava limanına yaxın yerləşən evlərdən birinin üstünə düşüb

Qvatemalanın paytaxtındaa təyyarə qəzası baş verib. CNN Türk-ün məlumatına görə, kiçik həcmli təyyarə hava limanına yaxın yerləşən evlərdən birinin üstünə düşüb. Qəza nəticəsində 6 nəfər ölüb. Onlardan 4-ü Francesko Marroquin Universitetinin professorları olub.
Xilasedicilər isə hələlik təyyarədəki cəsədlərin dəqiq sayının bilinmədiyini və yanğının qarşısının alınması üçün tədbirlərin davam etdiyini qeyd ediblər.
Hələlik təyyarənin düşdüyü evdə də adam olub-olmaması və hadisənin səbəbləri bilinmir. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar