Peyğəmbər məscidində namaz qılarkən öldü
29 Oktyabr 2014 Çərşənbə 13:02
Namazda vəfat edən küveytli mömin “Bəqi” qəbristanında dəfn olunub.
Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki peyğəmbər məscidində (Məscidi Nəbəvi) namaz qılarkən dünyasını dəyişən möminin nəşi aşkarlanıb.

ANS PRESS-in məlumatına görə, məscidin mühafizəçiləri “Düha” namazı qılan möminin uzun müddət səcdədən başını qaldırmadığını müşahidə ediblər.

Bir müddət gözləyən mühafizlər yaxına gedərək həmin şəxsin dünyasını dəyişdiyini görüblər.

Namazda vəfat edən küveytli mömin “Bəqi” qəbristanında (Mədinə şəhərində) dəfn olunub.

Allah rəhmət eləsin!








DOSTLARINLA PAYLAŞ:

oyunlar