Pakistanda 55 talibançı öldürülüb
01 May 2009 Cümə 19:15
Öldürülənlər arasında xarici muzdlularında olduğunu bildirilir

Son bir sutka ərzində Pakisitanın Buner rayonu ərazisində talibançılara qarşı keçirilən hərbi əməliyyatlar nəticəsində 55 talibançı və 2 hərbçi öldürülüb. "İnterfaks"ın məlumatına görə, Pakistanın Müdafiə Nazirliyinin nümayəndəsi Atar Abbas öldürülənlər arasında xarici muzdlularında olduğunu bildirib. Lakin o, həmin muzdluların hansı millətlərə məxsus olduqlarını açıqlamayıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar