Özgəyə quyu qazan özü düşər
09 Avqust 2014 Şənbə 01:49
Keçmiş həmkarının zorlanmasını təşkil etməyə çalışan qadın altı il həbs cəzası alıb.
Britaniyada məhkəmə sosial şəbəkələr vasitəsilə öz keçmiş həmkarının zorlanmasını təşkil etməyə çalışan qadını altı il həbs cəzasına məhkum edib.

ANS PRESS-in məlumatına görə, 30 yaşlı Djoann Berri seksual rollu oyunlarla maraqlanan kişilərlə internet-çatlarda tanış olur və onlara evdə zorlanmasını xahiş edirmiş.

Ancaq o, öz ünvanının yerinə keçmiş həmkarının ünvanını göstərib. Bununla qadın işdən çıxarılmasında günahkar hesab etdiyi həmkarından qisas almaq istəyib.

Kişilərdən biri nəticədə "zorlama oyununa" razılaşıb, qurbanın evinə soxulmağa çalışıb. Amma hər iki şəxs Djoann Berri tərəfindən aldandıqlarını başa düşüb və polisə xəbər veriblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar