Obama Türkiyə Böyük Millət Məclisində çıxış edəcək
31 Mart 2009 Çərşənbə Axşamı 15:05
ABŞ prezidentini Türkiyəyə səfəri zamanı 4 minə yaxın polis qoruyacaq

 

ABŞ prezidenti Barak Obama Türkiyə səfəri çərçivəsində aprelin 6-da Türkiyə Böyük Millət Məclisində çıxış edəcək. ANSPRESS CNNTürk-ə istinadən xəbər verir ki, Obamanın səfərinin Ankara hissəsində ən yüksək səviyyədə təhlükəsizlik tədbirləri görüləcək. Obamanın təhlükəsizliyini təxminən 4 min polis qoruyacaq.
ABŞ prezidenti Türkiyəyə aprelin 5-də gələcək. Təhlükəsizlik baxımından hələlik Obamanın Türkiyəyə gələcəyi saat açıqlanmayıb. Amma Obamanı gətirəcək özəl təyyarə Ankarada axşam saatlarında olacaq. Esenboğa Hava Limanında qarşılanma mərasimindən sonra onu hava limanında iki xidməti avtomobil gözləyəcək. Əgər Obama avtomobil yolu ilə getmək istəyərsə, avtomobillər bir-birinin ardı ilə yola çıxacaq, daha sonra isə onlar yol qovşağında ayrılacaqlar. Hər iki avtomobili kortej izləyəcək. Obama üçün nəzərdə tutulmuş VİP helikopter də hazır gözlədiləcək.

Obamanın gedəcəyi yol boyu həssas nöqtələrdə polislər olacaq. ABŞ prezidenti Ankara ziyarətində özünün mühafizə xidməti, Türkiyə prezidenti Abdulla Gülün mühafizə xidməti və Ankara Dövlət Rəsmilərini Qoruma Müdirliyi tərəfindən qorunacaq.
Xatırladaq ki, Türkiyəyə gələn ABŞ prezidentinin yaxın qorumaları arasına əvvəllər türk polisi daxil olmayıb. Bu dəfə isə Obamanın təhlükəsizliyini A.Gülün mühafizə xidməti də qoruyacaq. Obama Ankarada Sheroton Oteldə qalacaq. Otelin 24 mərtəbəli qüllə binası bir günlüyünə tamamilə (təxminən 300-dən çox otaq) Obama və nümayəndə heyəti üçün boşaldılacaq. Otaqların daimi müştəriləri otelin digər bölmələrinə yerləşdiriləcəklər. Barak  Obamanın qalacağı mərtəbə özünün şəxsi mühafizə xidməti tərəfindən qorunacaq. Bir müddət əvvəl Türkiyəyə gətirilən istifadə edəcəyi şəxsi əşyalar və qida məhsulları prezident gəlmədən öncə həmin otelə yerləşdiriləcək.

Barak Obama aprelin 6-sı prezident Abdülla Güllə görüşəcək və Atatürkün qəbrini- Anıtkabiri ziyarət edəcək. Daha sonra Baş nazir Rəcəb Tayyib Ərdoğanla da görüşəcək. Obama Esenboğa Hava Limanına gedərkən də gəldiyi kimi iki avtomobildən istifadə ediləcək. Tələbə görə, helikopter yenə də hazır şəkildə gözlətdiriləcək. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar