Nyu-Yorkda turistlə dolu avtobuslar toqquşdu
06 Avqust 2014 Çərşənbə 09:23
Nyu-Yorkun mərkəzində turistlə dolu ikimərtəbəli avtobuslar toqquşub.
Nyu-Yorkun mərkəzində hər ikisi turistlə dolu olan ikimərtəbəli avtobuslar toqquşub.

ANS PRESS-in məlumatına görə, insident təqribən 15:30 radələrində (Bakı vaxtı ilə 00:30) şəhərin əsas meydanı olan Tayms-skverdə baş verib. İlkin məlumatlara görə qəza nəticəsində 15 nəfər xəsarət alıb.

Xəsarət alanlardan 3-nün vəziyyəti ağır olsa da həyatı üçün təhlükə yoxdur.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Qəzanın başvermə səbəbləri araşdırılır.

Yolun qəza baş verən hissəsi digər maşınların hərəkəti üçün məhdudlaşdırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar