Nobel institutu Öcalanı məyus etdi
14 Aprel 2014 Bazar Ertəsi 16:20
PKK lideri namizədliyi ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur.
Mərkəzi Norveçdə yerləşən Nobel İnstitutu PKK lideri Abdullah Öcalanla bağlı yayılan xəbərlərə münasibət bildirib. ANS PRESS-in məlumatına görə, Nobel İnstitutu PKK liderinin Nobel Sülh Mükafatına namizədliyinin qəbul edilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

İstitutun yaydığı açıqlamaya görə, Nobel Sülh mükafatına qəbul edilən namizədlər haqqında nə namizədlərin özlərinə, nə də namizədliyi irəli sürən adam və qurumlara heç bir məlumat verilmir. Ona görə də həbsdə olan PKK lideri Abdullah Öcalanın namizədliyi ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur və uydurmadır.

Qeyd edək ki, bir neçə saat əvvəl Türkiyə mətbuatında Nobel Komitəsinin İraqdakı kürd partiyalarından birinin Abdullah Öcalanın Nobel sülh Mükafatına namizədliyi ilə bağlı tələbini qəbul etməsi barədə məlumat yayılmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar