Moskvada Qələbə Paradı keçirilir
09 May 2009 Şənbə 12:10
Bu gün Moskvanın Qızıl Meydanında Böyük Vətən Müharibəsinin başa çatmasının 64-cü il dönümünə həsr olunmuş Qələbə Paradı keçirilir.
Yerli dövlət ictimai televiziya kanalları ilə canlı yayımda nümayiş olunan paradda hərbi texnika, o cümlədən son 17 ildə ilk dəfə olaraq tanklar, 9 min əsgər və zabit iştirak edir. Tədbir çərçivəsində Moskva səmasına 69 ədəd aviatexnika qaldırılacaq.

Parada Moskva Hərbi Dairəsinin hərbi qüvvələrinin komandanı general-polkovnik Valeri Gerasimov rəhbərlik edir, paradı qəbul edir müdafiə naziri Anatoli Serdyukov.

Qeyd edək ki, Moskva ilə yanaşı bayram paradları Rusiyanın bir sıra iri şəhərində keçirilir. Ümumilikdə, bu tədbirlərdə 26 min hərbçi iştirak edir.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar