Moskva təyyarəsi faciədən döndü
07 İyul 2014 Bazar Ertəsi 06:19
Rusiyanın paytaxtı Moskva şəhərindən İspaniyanın Barselona şəhərinə uçan təyyarə faciə ilə üzləşib. Pilot manevr edərək təyyarəni yenidən havaya qaldırmağa müvəffəq olub.
Rusiyanın paytaxtı Moskva şəhərindən İspaniyanın Barselona şəhərinə uçan təyyarə faciə ilə üzləşib. ANS PRESS-in xəbərinə görə, “Utair” aviaşirkətinə aid “Boeing 767-300” tipli sərnişin təyyarəsi “El Prat” hava limanına enərkən qəfildən qarşısına Argentina hava yollarına aid “Airbus A340-300” təyyarəsi çıxıb.

Təhlükəni görən “Boeing”in pilotu uğurlu bir manevr edərək təyyarəni yenidən havaya qaldırmağa müvəffəq olub.

Havaya qalxaraq dövrə vuran təyyarə hava limanının eniş zolağına uğurlu eniş edib.

Həvəskar bir barselonalı isə baş verənləri kamerası ilə lentə alıb.

Görüntülərin internetə düşməsi ilə avia şirkət baş verənlər barədə açıqlama verməyə mçəcbur olub. Şirkət rəsmiləri bu cür hadisələrin təbii olduğunu iddia edib.






















DOSTLARINLA PAYLAŞ:

oyunlar