Misirin prezidenti Hüsnü Mübarəkin 12 yaşlı nəvəsi ölüb
19 May 2009 Çərşənbə Axşamı 20:45
Müalicə üçün Parisə aparılan Muhamməd Mübarəkin cəsədi artıq Qahirəyə gətirilib

 

Misirin prezidenti Hüsnü Mübarəkin nəvəsi Muhamməd Mübarək ölüb. ANS PRESS-in “CNN Türk”ə istinadən verdiyi məlumata görə, 12 yaşlı Muhamməd 2 gün davam edən xəstəlik nəticəsində dünyasını dəyişib. Xəbərdə xəstəlik barədə ətraflı məlumat verilməyib.

Misir mətbuatının yaydığı məlumata görə, müalicə üçün Parisə aparılan Muhamməd Mübarəkin cəsədi artıq Qahirəyə gətirilib. Qeyd edək ki, Hüsnü Mübarəkin siyasətlə məşğul olmayan işadamı oğlu Əlanın 6 yaşlı bir oğlu daha var. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar