Milliyyətçi Xalq Partiyası sədrinin əri qanlar içində
06 İyul 2014 Bazar 17:12
MHP-nin qadın sədrlərindən birinin həyat yoldaşı 5 naməlum şəxsin hücumuna məruz qalıb.
Türkiyənin məşhur siyasi partiyalarından olan Milliyyətçi Xalq Partiyasının (MHP) Kocaeli vilayəti üzrə bölməsinin xanım sədri Behicə Günərin həyat yoldaşı döyülüb.

ANS PRESS-in məlumatına görə, Metin Günər adlı şəxs 5 nəfər tərəfindən döyülüb. Günərə hücum edənlərdən biri dəmir dəyənəklə onun başına vurub.

Nəticədə başından ağır xəsarət alan Günər qanlar içində yerə yıxılıb.

Hadisədən dərhal sonra partiya sədrinin həyat yoldaşı xəstəxanaya aparılıb.

Hazırda o, beynindən əməliyyat olunur.

Günəri döyən naməlum şəxslər tez bir zamanda hadisə yerindən qaçıblar.

Hadisə ilə bağlı polis tərəfindən araşdırma aparır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar