Kürd yaraqlıları İŞİD qarşısında aciz qaldı
03 Oktyabr 2014 Cümə 03:27
Kürd yaraqlılarının bu gün 100-dən çox itki verdiyi bildirilir
Suriyanın Kobani şəhərində uğrunda İŞİD ilə kürd silahlıları uğrunda döyüşlər 100 metr məsafədə aparılır.

ANS PRESS-in məlumatına görə, kürd yaraqlıları verdiyi açıqlamada bildiriblər ki, İŞİD ağır silahlardan şəhəri intensiv atəş altında saxlayır. Şəhərə 3 tərəfdən hücum edən İŞİD-lə Kobaninin cənub və şərq hissəsində şiddətli döyüşlər 100 metr məsafədə aparılır.

Kürd yaraqlılarının bu gün 100-dən çox itki verdiyi bildirilir. Əsasən gənc fəallardan qurulan peşmərgə və PKK terror təşkilatının Suriya qanadı YPG üzvlərindən formalaşan kürd silahlı qüvvələri müqavimət göstərə bilirsə də İŞİD saatbasaat irəliləyir.

Kobani bölgəsində yaşayan bütün kürdlərin bölgədən çıxarıldığı bildrilir. Yaxın saatlarda kütd yaraqlılarına anti-İŞİD koalisiyası tərəfindən dəstək verilməsə Kobani İŞİD-in əlinə keçəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar