Kubada donuq qripi qeydə alınıb
12 May 2009 Çərşənbə Axşamı 09:35
Dövlət televiziyasının verdiyi məlumata görə, xəstə Meksikadan gələn tələbədir

 

Kuba hökuməti ölkədə donuz qripinə ilk yoluxma halının qeydə alındığını elan ediblər. Bu abrədə "Gazeta.ru" məlumat verir.

Dövlət televiziyasının verdiyi məlumata görə, xəstə Meksikadan gələn tələbədir.

Qeyd edək ki, Meksikada həkimlər 1300-dən artıq adamda xəstəlik əlamətlərinin aşkarlandığını bildiriblər. Ölkədə artıq 150-dən artıq adam ölsə də, onlardan yalnız 7-nin bu xəstəlik nəticəsində dünyasını dəyişdiyi təsdiqlənib. Xəstəlik artıq Böyük Britaniya, Almaniya, İsrail, İspaniya, Kanada, Yeni Zellandiya, ABŞ  və Çin kimi ölkələrdə də müşahidə edilib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar