İstanbulda beş məsciddə yanğın baş verib
19 May 2009 Çərşənbə Axşamı 19:05
Hüquq-mühafizə orqanları yanğının qəsdən törədildiyini güman edir

 

İstanbulun Asiya səmtindəki 5 məsciddə naməlum səbəblərlə yanğın baş verib. ANS PRESS-in “CNN Türk”ə istinadən verdiyi xəbərə görə, 1 məscid Tuzla rayonunda, 2 məscid isə Pendik rayonunda yandırılıb. Xəbər mənbəyi digər iki yanğının hansı məsciddə baş verdiyinə dair məlumat verməyib. Yanğınlar nəticəsində xəsarət alan olmayıb və alovun qarşısı vaxtında alınıb.

Yanğınsöndürmə dəstələrinin və hüquq-mühafizə orqanlarının faktla bağlı araşdırmaları davam edir. Xatırladaq ki, 2008-ci il 8-17 dekabr tarixlərdə İstanbulda oğurluq etdiyi 13 məsciddə yanğın törədən bir şəxs dekabrın 23-də ələ keçirilmişdi. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar