İstanbul şəhərində imsaqa qədər su olmayacaq
07 İyul 2014 Bazar Ertəsi 02:39
Türkiyə İstanbul şəhərinin Avropa hissəsində imsaq vaxtına qədər su olmayacaq.
ANS PRESS-in xəbərinə görə, buna səbəb şəhəri su ilə təmin edən nasosların olduğu stansiyada elektrik enerjisinin kəsilməsidir.

İstanbul Su və Kanalzasiya İdarəsinin (İSKİ) verdiyi məlumata görə, problemin gecənin yarısından sonra yoluna qoyulması gözlənilir.

İSKİ əməkdaşları, elektrik enerjisinin verilməsində yaranan problemin aradan qalxmasından sonra bütün şəhərə su veriləcəyini açıqlayıb.

Qeyri-rəsmi rəqəmlərə görə, İstanbul şəhərinin 20 milyondan çox əhalisi var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar