İsrail ordusunun generalı Tehrana xəbərdarlıq etdi
26 May 2009 Çərşənbə Axşamı 19:55
«İsrail İranın nüvə ambisiyalarına qarşı bütün mümkün vasitələrdən yararlanmağa hazırdır»

İsrail İranın nüvə ambisiyalarının qarşısını almaq üçün bütün mümkün vasitələrdən yararlanmağa hazırdır. ANS PRESS-in İnterfaks-a istinadən yaydığı məlumata görə, bunu İsrail ordusunun general-leytenantı Qabi Aşkenazi İsrail parlamentinin üzvləri ilə görüşü zamanı deyib.

"Qərargah rəisi kimi vəzifələrim İranın nüvə problemi ilə bağlı bütün mümkün alternativlərin hazırlanmasına yönəlib. Hazırda elə məhz bununla məşğulam», - deyə o vurğulayıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar