İŞİD türkmənləri öldürdü
08 İyul 2014 Çərşənbə Axşamı 22:53
Terrorçu qruplaşma İŞİD Suriyada 100 türkmən kəndini ələ keçirib.
İraq və Şam İslam Dövləti qruplaşmasının Suriyada yaşayan türkmənlərə qarşı törətdiyi vəhşiliklərin yeni görüntüləri yayılıb.

ANS PRESS-in məlumatına görə, İŞİD Suriyada 100 türkmən kəndini ələ keçirib. Ələ keçirdiyi kəndlərin birində təslim olan 9 adamdan dördü vəhşicəsinə öldürülüb. Sağ şəkildə təslim olan bu şəxslərin başları kəsilərək kənd meydanında gəzdirilib.

İŞİD-in türkmənlərə qarşı törətdiyi vəhşilik təkcə bununla bitmir. Ozlərinə qarşı döyüşənləri əsir almaq üçün "biz də müsəlmanıq" deyən İŞİD üzvləri məqsədinə çatdıqdan sonra daha sonra başlarını kəsəsək, onları kafir adlandıraraq, kəndbəkənd gəzdirib. Bahvarta kəndinin alınması prosesində İŞİD-çilər bu addımı atıb. 10 nəfərlik dəstə üzvünü təslim olmağa inandıran terrorçular onlardan 9-unu vəhşicəsinə öldürüb.










DOSTLARINLA PAYLAŞ:

oyunlar