İraqda 8 ABŞ hərbçisi və 9 mülki şəxs ölüb
21 Aprel 2009 Çərşənbə Axşamı 13:40
Hərbi geyimdə olan terrorçu kamikadze ABŞ hərbçilərindən ibarət nümayəndə heyətinə hücum edərək özünü partladıb

İraqda növbəti dəfə partlayış törədilib. Verilən məlumata görə, hərbi geyimdə olan terrorçu kamikadze, Bağdaddan 60 kilometr şimal şərqdə, Baquba əyalətinin meri ilə görüşməyə gələn Amerika Birləşmiş Ştatlarının hərbçilərindən ibarət nümayəndə heyətinə hücum edərək özünü partladıb. Hadisə nəticəsində 8 Amerika əsgəri və 9 mülki şəxs xəsarət alıb. Terrorçunun İraq ordusunun əsgəri olması və yaxud qəsdən hərbi paltar geyinməsi dəqiq məlum deyil.
Şahidlərin sözlərinə görə, insident baş verən zaman Baquba meri Abdullah əl-Hiyalinin başçılıq etdiyi İraq rəsmiləri bələdiyyə binasının qarşısında ABŞ əsgərlərini gözləyirmiş. Partlayışdan dərhal sonra, ABŞ, eləcə də İraq təhlükəsizlik qüvvələri Baqubada və şimaldakı Mosul əyalətində qiyamçılara, onların dayaq məntəqələrinə qarşı mübarizə apararaq gərginliyi artırıb./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar