İranı xəbərsiz vurub, bizi təccübləndirməyin
15 May 2009 Cümə 15:50
Barak Obama İsrailə xəbərdarlıq edib

İsrailin baz naziri Binyamin Netanyahu ABŞ-a səfəriə hazırlaşdığı ərəfədə Ağ ev rəhbəri Barak Obama İsrailə xəbərdarlıq edib. CNN Türk-ün məlumatına görə, Obama Netanyahu ilə keçiriləcək rəsmi görüşləri gözləmədən, bu ölkəyə nümayəndə göndərib. Nümayəndə İrana qarşı ola biləcək hər hansı hücuma qarşı İsrail hökumətinə xəbərdarlıq edib. O, baş nazir Binamin Netanyahuya "İranı xəbərsiz vurub, bizi təəcübləndirməyin" mesajını çatdırıb. İsrail mətbuatının məlumatına görə, rəsmi Vaşinqton İsrailin İranı bombalayacağı təqdirdə, hazırlıqsız olmaq istəmir.
Qeyd edək ki, İsrail baş nazirinin ABŞ-a səfəri mayın 18-də reallaşacaq. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar