İranda sərnişin təyyarəsi qəzaya uğrayıb, 45 nəfər ölüb
10 Avqust 2014 Bazar 12:05
İranda sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində azı 45 nəfərin həlak olduğu bildirilib.
İranda sərnişin təyyarəsi qəzaya uğrayıb.

ANS PRESS-in məlumatına görə, hadisə Tehranın Mehrabad hava limanının şimalında baş verib. Qəza nəticəsində azı 45 nəfərin həlak olduğu bildirilib. Qəzaya uğrayan təyyarə Tehrandan Təbəs şəhərinə uçuş həyata keçirib.

Hadisədən sonra qəza baş verən əraziyə xilasedicilər cəlb olunub. Təyyarədə həlak olanlardan 8-nin uşaq olduğu açıqlanıb.

Qəzaya uğrayan təyyarənin 55 sərnişin tutumu olduğu deyilir. Təyyarənin "Sepahan" aviaşirkətinə məxsus olduğu bildirilir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar