İranda ABŞ jurnalistinə həbs cəzası verilib
19 Aprel 2009 Bazar 12:15
İran əsilli Rəqsanə Saberinin məhkəməsi qapalı keçirilib

 

İran məhkəməsi İran əsilli ABŞ jurnalisti olan Rəqsanə Saberini Birləşmiş Ştatların xeyrinə casusluqda ittiham edib və səkkiz il müddətinə azadlıqdan məhrum edib.  France Press agentliyinin məlumatına görə, Saberi yanvarın 31-də jurnalist vəsiqəsinin müddətinin bitməsinə baxmayaraq, Qərb mətbuatı ilə əməkdaşlıq etdiyinə görə həbs edilib, daha sonra isə casusluqda ittiham olunub. İttihamı dəlilsiz adlandıran amerikalılar məhkəmə prosesini izləyə bilməyiblər. Buna səbəb məhkəmənin  qapalı keçməsi olub.  ABŞ dövlət departamenti buna qarşı narahatçılığını bildirib və dövlət katibi Hillari Klinton dəfələrlə jurnalisti azad etməyə çağırıb. 

Qeyd edək ki, 31 yaşlı Rəqsanə Saberinin ikili vətəndaşlığı var. O, həm ABŞ, həm də İran vətəndaşıdır, Şimali Dokota ştatında böyüyüb və valideynləri də Amerikada yaşayır. R. Saberi son altı il İranda yaşayıb, onun jurnalit vəsiqəsinin müddəti isə 2006-cı ildə bitib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar