İnquşetiyada partlayış baş verib
07 Mart 2009 Şənbə 14:40
Meşə massivində yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində bir hərbçi ölüb

 

İnquşetiyada yenidən partlayış baş verib. Sunjen rayonunun Dattı yaşayış məntəqəsinin yaxınlığında meşə massivində yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində bir hərbçinin öldüyü xəbər verilir.
Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, hadisə zamanı meşə massivində Rusiyanın Müdafiə Nazirliyinin əməkdaşları axtarış-araşdırma əməliyyatı həyata keçirirmiş.

Dağıstanın paytaxtı Mahaçqalanın 20 kilometrliyində isə seçki komissiyasının sədrinin avtomobilinə atəş açılıb. Hadisəni törədənlər insident yerindən qaça biliblər. Dövlət məmuru isə heç bir xəsarət almayıb. Xatırladaq ki, ötən axşam Dağıstanın Çumadinski rayonunun hərbi komissarı yaşadığı evin qarşısında başından aldığı güllə yarası nəticəsində ölmüşdü. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar