Harvard universitetində bir nəfər güllələnib
19 May 2009 Çərşənbə Axşamı 09:25
Hələlik hadisənin hansı zəmində baş verdiyi məlum deyil

 

ABŞ-ın ən qədim və nüfuzlu universitetlərindən biri sayılan Harvard universitetində (Massaçusets, Kembric  şəhəri) silahlı basqın olub. Naməlum şəxs universitetin ərazisində odlu silahla atəş açaraq bir nəfəri yaralayıb. Bu barədə Boston Globe saytı məlumat verib.

Şəhər icra hakimiyyətinin nümayəndələri bildiriblər ki, atışma universitetin 12 yataqxanasından birinin qarşısında baş verib. Hadisə yerinə gələn polislər binanın girişində qarın nahiyəsindən yaralanmış gənci aşkar ediblər.
Yaralı xəstəxanaya çatdırılıb, onun vəziyyəti stabildir. Hələlik yaralı şəxsin Harvard universitetinin tələbəsi olub-olmadığı məlum deyil.
Kembric polisi isə hadisəni törədən  naməlum şəxsin axtarışları üçün yaxınlıqdakı küçələri bağlayıb. Amma ilkin məlumata görə, o, hadisə yerindən qaça bilib.
Qeyd edək ki, Harvard universiteti 1636-cı ildə yaradılıb./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar