Gürcüstanda NATO təlimləri başlayır
06 May 2009 Çərşənbə 07:00
Təlimlərdə məqsəd NATO ilə tərəfdaş ölkələr arasında «Sülh naminə tərəfdaşlıq» proqrammı çərçivəsində əlaqələrin yaxşılaşdırılmasıdır

 

Bu gün Gürcüstanda NATO-nun “Cooperative Longbow 09/Cooperative Lancer 09” çoxmillətli təlimləri başlayır. İyunun 1-nədək davam edəcək təlimlərə hazırlıqlar hələ 2008-ci ilin yazından başlayıb. Təlimlərdə məqsəd NATO ilə tərəfdaş ölkələr arasında «Sülh naminə tərəfdaşlıq» proqrammı çərçivəsində əlaqələrin yaxşılaşdırılmasıdır.
NATO mətbuat xidmətinin məlumatına görə, “Cooperative Longbow 09” təlimləri özündə NATO-nun himayəsi və BMT mandatı əsasında çoxmillətli briqadalar səviyyəsində antiböhran əməliyyatları zamanı qarşılıqlı əlaqə səviyyəsinin yüksəldilməsi üçün komanda-qərargah hərəkətlərini əks etdirəcək. Təlimlərin ilk mərhələsi Tiflisdə olacaq. NATO-ya üzv olan ölkələr və alyansla tərəfdaş dövlətlərdən 1300 hərbçi Vaziani hərbi bazasında yerləşəcək. Təlimlərin ikinci mərhələsi isə batalyonlar səviyyəsində hərbi-səhra manevrləri olacaq. Bu mərhələ Vaziani hərbi bazasında mayın 18-dən iyunun 1-dək davam edəcək. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar