Gürcüstan Katolikosu İkinci İlya müxalifətə xeyir-dua verdi
26 May 2009 Çərşənbə Axşamı 12:15
"Allah sizin günahlarınızdan keçsın və sizi qorusun"

 

Gürcüstanda müxalifət liderlərindən biri Georgiy Qaçeçiladzenin bu ölkənin Katolikosu-Patriarx İkinci İlya ilə görüşü baş tutub. Xatırladaq ki, dünən ölkənin qərbində keçirilən nümayişi yarımçıq tərk edən Georgiy Qaçeçiladze İkinci İlya ilə görüşəcəyi barədə məlumat vermişdi. Qruzia-Online portalının verdiyi məlumata görə, Qaçeçiladze İkinci İlya görüşün sonunda onlara xeyir–dua verdiyini bildirib: “Allah sizin günahlarınızdan keçsın və sizi qorusun” deyə Katalikos söyləyib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar