Gürcüstan dəmir yolunda partlayış baş verib
02 İyun 2009 Çərşənbə Axşamı 09:30
Hadisə səhər saat 07:30-radələrində qeydə alınıb

Bu gün səhər saatlarında Gürcüstanın Xobi Zuqdidi bölgəsində dəmir yolunda partlayış baş verib. Bu barədə məlumatı RİA Novosti agentliyi "Gürcüstan dəmir yolu" ASC-yə istinadən yayıb.  Məlumata görə, partlayış səhər saat 07:30-radələrində, dəmiryol heyətinin ərazidən keçməsinə az müddət qalmış baş verib. Nəticədə dəmir yoluna ziyan dəysə də, xəsarət alan olmayıb. Hadisə yerində hazırda kriminalistlər işləyirlər./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar