Genc qızı soyduqdan sonra öldürdü
24 Sentyabr 2013 Çərşənbə Axşamı 03:46
Moskva şeherinde ağır cinayet hadisesi baş verib. Genc qızı soyduqdan sonra öldürüb.
Moskvanın cənub-şərqində gənc qız naməlum şəxs tərəfindən amansızcasına qətlə yetirilib.

ANS PRESS-in "İnterfax.ru"-ya istinadən verdiyi xəbərə görə, onun cəsədi gecə saat 23:00 radələrində Ryazan prospektindəki evinin həyətində aşkar olunub.

Moskva polisindən verilən məlumata görə, məhkəmə tibbi ekspertizası onun ürək nahiyəsindən aldığı bıçaq zərbəsindən öldüyünü müəyyənləşdirib.

Şahid ifadələrinə görə, hadisədən az əvvəl naməlum kişi ona hücum edərək, əl çantasını qaçırmağa cəhd edib. Ancaq qız ona müqavimət göstərərək, çantasını vermək istəməyib. Həmin adam qıza bıçaqla zərbə vurduqdan sonra çantanı da götürərək qaçıb.

Hadisə əraziyə nəzarət edən videokameralar vasitəsi ilə lentə alınıb. Polis cinayətkarın fotosunu kameraların çəkdiyi görüntülərdən götürərək, onun barəsində axtarış elan edib. Hazırda məhkəmə müstəntiqlərinin rəhbərliyi ilə operativ-istintaq qrupu hadisə yerində araşdırma aparır.

Ümraniye Evden eve nakliye