Fransada oğru polis həbs edildi
02 Avqust 2014 Şənbə 22:34
Fransa narkotiklərlə mübarizə idarəsi Parisdə polisin baş idarəsindən 50 kiloqramdan çox kokain oğurlamaqda şübhəli bilinən polis işçisini həbs edib.
ANS PRESS-in məlumatına görə, adı bildirilməyən hüquq-mühafizə orqanlarının 34 yaşlı əməkdaşı İspaniya sərhədi yaxınlığında yerləşən Perpinyan şəhərində saxlanılıb. Bu barədə yerli hakimiyət nümayəndəliyi məlumat yayıb.

Oğurlanmış narkotiklərin ümumi dəyəri 3 milyon avro civarında qiymətləndirilir. Hazırda hadisə ilə bağlı araşdırmalara başlanılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar