Fransada 556 km uzunluğunda tıxac yaranıb
02 Avqust 2014 Şənbə 10:51
Fransada rekord uzunluqda tıxac qeydə alınıb. Tıxac bir neçə saat hərəkəti iflic edib.
Fransada rekord uzunluqda tıxac qeydə alınıb. Fransa Milli Tıxac-Məlumat Mərkəzinin məlumatına görə, Montelimar şəhərinin şimalında yaranan tıxacın uzunluğu, nə az-nə çox, 556 kilometr təşkil edib.

Avtomobillər, xüsusilə Drom ərazisindən keçən magistral yolda cəmləşib.

Rekord uzunluqda tıxacın yaranmasına səbəb kimi yayın son ayının ilk günündən etibarən istirahətə başqa şəhərlərə yollananların sayının çox olması göstərilir. Uzun tıxac bir neçə saat yolda hərəkəti iflic edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar