Fransa Hava Yolları yoxa çıxan təyyarənin qalıqlarının taplıması barədə məlumatı təkzib edib
02 İyun 2009 Çərşənbə Axşamı 10:10
Air France təyyarəsinin yoxa çıxdığı ərazidə qeydə alınan narıncı nöqtələr təyyarəyə aid olmayıb

 

Fransa Hava Yolları və Fransa hökuməti tərəfindən yaradılmış böhran qərargahı ötən gün Braziliya yaxınlığında yoxa çıxan Airbus A-330-200 tipli təyyarənin qalıqlarının Seneqalın ərazi sularında tapılması barədə yayılan məlumatları təkzib edib. Bu barədə məlumat Braziliya mətbuatında yer alıb.
Qeyd edək ki, Braziliya Hərbi Hava Qüvvələrinin nümayəndəsi təyyarənin yoxa çıxdığı ərazi olduğu güman edilən bölgədə okeanın üzərində narıncı rəngli nöqtə gördüklərini bildirmişdi. Onun sözlərinə görə, okeanın səthindəki ləkə barədə informasiya  aviadispetçerlərə təyyarədə elektron sistemin sıradan çıxması barədə məlumat gələndən yarım saat sonra daxil olub.

Xatırladaq ki, içərisində 228 nəfər olan Airbus A330-200 tipli təyyarə ötən gün Braziliyanın Rio de-Janeyro şəhərindən Fransaya uçuş həyata keçirərkən Atlantik okeanı üzərində yoxa çıxıb. Təyyarənin axtarışlarına  5 təyyarə və Braziliya Hərbi Hava Qüvvələrinə məxsus iki helikopter, müxtəlif gəmilər cəlb edilib. Axtarış işlərində ABŞ və Fransa da iştirak etməyə söz verib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar